×

"Sumqayıt" FK səfərdə "Zirə" ilə qarşılaşıb

16 Sentyabr 2023

Misli Premyer Liqası, 6-cı tur

"Zirə" - "Sumqayıt" 1:0

15 sentyabr 2023. Saat 17:00. Zirə İdman Kompleksinin stadionu, 500 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Eyyub İbrahimov
Dördüncü hakim: Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Eldar Quliyev, 52 (qeyri-idman hərəkəti); Ruan Renato, 53 (qeyri-idman hərəkəti) // Vüqar Mustafayev, 29 (hakimin qərarına etiraz); Səbuhi Abdullazadə, 31 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 90+4 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Pyer Zebli, 11 (ciddi qayda pozuntusu)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rəşad Sadıqov, 12 (hakimin qərarına etiraz); Eltun Yaqublu, 12 (hakimin qərarına etiraz) // Samir Abasov, 28 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Samir Abasov, 28 (hakimi təhqir etdiyinə görə)
Qol: Məqsəd İsayev, 45+1
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 6 dəq.

 

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev (16. Fuad Bayramov, 80), 8. İlkin Muradov, 10. Rəhim Sadıxov (11. Rüstəm Əhmədzadə, 66), 32. Qismət Alıyev (k), 5. Stefan Aka, 9. Vladislav Kulaç (20. İsmayıl İbrahimli, 73), 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev (44. Dmitrios Çantakias, 80), 19. Salifu Suma (70. İssa Cibrila, 66).

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 7. Filipe Paxtman.

Baş məşqçi: Rəşad Sadıqov

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k) (18. Kristian Velinovski, 69), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev (9. Erik Sorqa, 63), 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa (10. Kamran Aliev, 63), 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata (19. Roi Kehat, 63).

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 60. Tresor Mossi.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 6-cı tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Zirə" ilə üz-üzə gəlib. Komandamız qarşılaşmada minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"u qəbul edəcək. Sentyabrın 23-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Rəqibin azlıqda qalmağı kənardan rahat görünə bilər. Üstünlüyümüz var idi. Amma bundan yararlanmaq çətin idi. Rəqib 10 nəfərlə qaldığı üçün qapanır. Belə olan halda maksimum 2-3 qol vəziyyəti yaratmaq olur. İki 100%-lik epizod yaratdıq. Lakin, onları qola çevirə bilmədik və nəticədə buradan xalsız dönürük. İndi düşünürəm ki, kaş rəqib azlıqda qalmazdı. "Zirə" 11 nəfərlə olsaydı, bəlkə də başqa cür oyun gedərdi. Futbolçular bacardıqlarını etdilər. Düzdür, bir az artığını etmək lazım idi. Hələ mövsümün əvvəlidir. Bu gün yeni gələn futbolçular oynayırdı. Onlara bir az vaxt lazımdır. Ümumi olaraq pis oynamırdıq. Oyuna nəzarəti ələ keçirmişdik. Məni məyus edən məqam odur ki, ən azı bir qol vura bilərdik".