×

"Sumqayıt" FK "Kəpəz" üzərində qələbə qazanıb

9 Oktyabr 2023

Misli Premyer Liqası, 9-cu tur

"Sumqayıt" - "Kəpəz" 1:0

8 oktyabr 2023. Saat 16:30. “Kapital Bank Arena”, 1350 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Oktavio Manteka, 36 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 77 (qeyri-idman hərəkəti); Orxan Sadıqlı, 90+3 (hakimin qərarına etiraz) // Vüsal Məsimov, 77 (qeyri-idman hərəkəti); Martins Junior, 81 (hakimin qərarına etiraz); Ehtiram Şahverdiyev, 83 (hakimin qərarına etiraz); Elmir Tağıyev, 85 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Seymur Rəhimov (“Sumqayıt”), 83 (hakimin qərarına etiraz)
Qol: Roi Kehat, 62
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 6 dəq.

 

“Sumqayıt”: 15. Orxan Sadıqlı, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat (11. Kasimir Ninqa, 74), 58. Oktavio Manteka (8. Səbuhi Abdullazadə, 74), 4. İsa Suliman, 10. Kamran Aliev (21. Nihad Əhmədzadə, 90+2), 9. Erik Sorqa (30. Kamran Quliyev, 74), 71. Masaki Murata (60. Tresor Mossi, 89).

 

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 12. Abu Dosso.

Məşqçi: Mübariz Orucov

 

 

“Kəpəz”: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov (15. Cavad Kərimov, 81), 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev (10. Tural Rzayev, 86), 91. Latir Fal, 9. Mate Kvirkviya (11. Elnur Cəfərov, 74), 78. Yeqor Xvalko (k), 21. Martins Junior (88. Şakir Seyidov, 81), 19. Abdullahi Şuaybu.

 

Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 3. Vurğun Hüseynov, 22. Rüfət Əhmədov.

 

Baş məşqçi: Azər Məmmədov

 

Misli Premyer Liqasında 9-cu tura yekun vurulub. "Sumqayıt" FK ilk dövrənin sonuncu matçında "Kaptial Bank Arena"da "Kəpəz"i qəbul edib. Komandamız Roi Kehatın qolu ilə rəqibini 1:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, Sumqayıt" FK növbəti turda "Sabah"ın qonağı olacaq. Oktyabrın 21-də "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

 

Mübariz Orucov ("Sumqayıt" FK-nın məşqçisi): "İlk hissədə hər iki komandanın ifasında sönük oyun keçdi. Matçın gərginliyi var idi. Hər iki komandaya qələbə lazım idi, heç kim risk etmək istəmirdi. Çünki, turnir cədvəli ürəkaçan deyil. Futbolçular qələbə üçün əllərindən gələni etdilər. Azarkeşlərimizə də təşəkkür edirəm. Onlar sevinməyə layiqdir".