×

"Sumqayıt" FK səfərdə "Sabah"la qarşılaşıb

22 Oktyabr 2023

Misli Premyer Liqası, 10-cu tur

"Sabah" - "Sumqayıt" 3:1

21 oktyabr 2023. Saat 18:00. “Bank Respublika Arena”, 350 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Şirmamed Mamedov
Dördüncü hakim: Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Emmanuel Apeh, 34 (qeyri-idman hərəkəti); Kahim Parris, 58 (qeyri-idman hərəkəti); Sofian Çakla, 87 (oyunun bərpasının ləngidilməsi) // Orxan Sadıqlı, 87 (qeyri-idman hərəkəti); Kamran Aliev, 90+7 (qeyri-idman hərəkəti)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Murad Musayev, 78 (hakimin qərarına etiraz); İlqar İsrafilov, 78, 78 (hakimin qərarına etiraz) // Samir Abasov, 57 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: İlqar İsrafilov, 78
Qollar: Con İrasabal, 54; Namik Ələskərov, 81; Davit Volkov, 90+6 // İsa Suliman, 9
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 6 dəq.

 

“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 8. Ayaz Quliyev (77. Namik Ələskərov, 46), 2. Amin Seydiyev, 44. Sofian Çakla, 70. Cesse Sekidika (21. İldar Alekperov, 82), 19. Emmanuel Apeh (18. Davit Volkov, 67), 3. Con İrasabal, 28. Kahim Parris (15. Kristian da Silva, 87).

Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi.

Baş məşqçi: Murad Musayev

 

 

“Sumqayıt”: 15. Orxan Sadıqlı, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat (30. Kamran Quliyev, 85), 11. Kasimir Ninqa, 58. Oktavio Manteka (8. Səbuhi Abdullazadə, 70), 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata (60. Tresor Mossi, 82).

 

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 36. Xəyal Fərzullayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 12. Abu Dosso, 9. Erik Sorqa.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 10-cu turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Sabah"la qarşılaşıb. Komandamız 1:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qəbələ"ni qəbul edəcək. Oktyabrın 29-da "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 16:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Nəticə ürəkaçan olmasa da ən yaxşı oyunlarımızdan biri idi. Xüsusilə, ilk hissə əla oldu. Bunu saxlamalıyıq. Yeni gələnlər üçün çətindir. Belə çətin məqamlarda məsuliyyəti üzərlərinə götürməyi bilməlidilər. Top bəzən rəqibə daha çox keçirdi. Bu vaxtda da nə edəcəyimizi bilirdik. Məyus edən İsa Sulimanın zədəsidir. 4 gün sonra Sumqayıtda bu komanda ilə qarşılaşacağıq. Yaxşı oyun olacağını düşünürəm".