"Sumqayıt" FK təxirə salınmış qarşılaşmada "Sabah" üzərində qələbə qazanıb
Misli Premyer Liqası, 2-ci tur
"Sumqayıt" - "Sabah" 1:0
25 oktyabr 2023. Saat 18:30. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Eyyub İbrahimov
Dördüncü hakim: Rövşən Rəcəbov
VAR: Tural Qurbanov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Elvin Bədəlov, 81 (hakimin qərarına etiraz); Kamran Aliev, 84 (hakimin qərarına etiraz); Mehdi Cənnətov, 85 (oyunun bərpasının ləngidilməsi); Ayxan Süleymanlı, 88 (qeyri-idman hərəkəti) // Ayaz Quliyev, 90+4 (hakimin qərarına etiraz); Yusif İmanov, 90+6 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Murad Musayev, 90+4, 90+4 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Murad Musayev, 90+4
Qol: Kamran Aliev, 4
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat (30. Kamran Quliyev, 65), 11. Kasimir Ninqa, 58. Oktavio Manteka (20. Ayxan Süleymanlı, 82), 12. Abu Dosso, 10. Kamran Aliev, 71. Masaki Murata (8. Səbuhi Abdullazadə, 65).
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov
“Sabah”: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev (15. Kristian da Silva, 75), 2. Amin Seydiyev (21. İldar Alekperov, 75), 7. Boyan Letiç (17. Tellur Mütəllimov, 75), 44. Sofian Çakla, 70. Cesse Sekidika (8. Ayaz Quliyev, 64), 19. Emmanuel Apeh (18. Davit Volkov, 64), 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi
Baş məşqçi: Murad Musayev
Misli Premyer Liqasında 2-ci turdan təxirə salınmış qarşılaşma baş tutub. "Sumqayıt" FK doğma meydanda "Sabah"ı qəbul edib. Komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda vurulan yeganə qola 4-cü dəqiqədə Kamran Əliyev imza atıb.
Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbədə onların da payı var. Heç vaxt bizi dəstəksiz qoymurlar. Bugün qazandığımız qələbəni də şəxsən mən azarkeşlərimizə həsr edirəm. Onlara halaldı. Oyunla bağlı fikirlərə gəldikdə isə, ötən oyunu analiz etmişdik. Matç bitən kimi oyunçular həddindən artıq qəzəbli idilər. Düşünürdüm ki, 1-2 saat sonra oynasaydıq, udardıq. Futbolçular məğlubiyyətə görə çox məyus olmuşdu. Təhlillər apardıq. Ötən il qollar vurmurduq, bu il vururuq. Keçən il bu cür komandalarla matçlarda əziyyət çəkirdik. İndi qələbə qazandıq. Buna görə də şadıq. Bu oyun bizim üçün dərs olmalıdır. Qoldan sonra arxaya çəkilirik. Bunu aradan qaldıra bilsək, yaxşı olacaq. Getdikcə, 60-70 dəqiqə tempi saxlaya bilirik. Daha da yaxşı olacağımıza inanıram. Qazandığımız 14 xal birinci dövrəyə görə bacaracağımız yaxşı şeydir. Bizim kimi komandaya görə müsbət haldır. Daha da artıra bilsək, möhkəm komandaya çevrilə biləcəyik".