×

"Sumqayıt" FK "Qəbələ" ilə heç-heçə edib

29 Oktyabr 2023

Misli Premyer Liqası, 11-ci tur

"Sumqayıt" - "Qəbələ" 0:0

29 oktyabr 2023. Saat 16:00. “Kapital Bank Arena”, 1350 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Rəhman İmami
Dördüncü hakim: Emin Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Vüqar Mustafayev, 62 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 83 (qeyri-idman hərəkəti) // Zurab Oçiqava, 39 (qeyri-idman hərəkəti); Gilad Abramov, 45 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (30. Kamran Quliyev, 83), 11. Kasimir Ninqa (9. Erik Sorqa, 65), 12. Abu Dosso, 10. Kamran Aliev, 71. Masaki Murata (58. Oktavio Manteka, 65).

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 60. Tresor Mossi.

Baş məşqçi: Samir Abasov

 

 

“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli (12. Nicat Əliyev, 79), 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh (18. Mehrac Baxşalı, 59), 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.

 

Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 17. Yaovi Akakpo.

 

Baş məşqçi: Elmar Baxşıyev

 

Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur doğma meydanda "Qəbələ"ni qəbul edib. 90 dəqiqənin tamamında qapılara top vurulmayıb (0:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Araz Naxçıvan"ı qəbul edəcək. Noyabrın 4-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk dəqiqələrdə ardıcıl 3 oyunun yorğunluğundan top itkiləri oldu. Buna görə də oyunumuz alınmırdı. Fasilədən sonra isə fərqli "Sumqayıt" gördük. Əlimizə düşən imkanları qola çevirə bilmədik. İkinci hissədə qələbə qazanmaq istəyən komanda var idi. Həddindən artıq emosiya göstərdik. Qarşıdakı oyunlara baxacağıq. Bir həftə vaxtımız var. Üstümüzdəki yorğunluğu atmağa çalışacağıq".