"Sumqayıt" Futbol Akademiyasının komandaları Qətərdə beynəlxalq turnirdə iştirak edəcək
4 Noyabr 2023
"Sumqayıt" Futbol Akademiyasının 11 və 12 yaşadək futbolçulardan ibarət komandaları Qətərin paytaxtı Doha şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. Komandalarımızın turnirdə iştirakı adıçəkilən ölkənin məşhur "Aspire" Akademiyasının dəvəti ilə gerçəkləşəcək. Qeyd edək ki, nümayəndə heyətimiz noyabrın 4-də Qətərə yola düşəcək.