×

"Sumqayıt" FK səfərdə "Neftçi" üzərində qələbə qazanıb

12 Noyabr 2023

Misli Premyer Liqası, 13-cü tur

"Neftçi" - "Sumqayıt" 1:2

11 noyabr 2023. Saat 16:30. “Neftçi Arena”, 1246 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Müslüm Əliyev
Dördüncü hakim: Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Azər Əliyev, 23 (qeyri-idman hərəkəti); Reziuan Mirzov, 39 (qeyri-idman hərəkəti); Dieqo Valdez, 51 (qeyri-idman hərəkəti); Yuri Matias, oyundan sonra (qeyri-idman hərəkəti) // Roi Kehat, 17 (hakimin qərarına etiraz); Masaki Murata, 48 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 87 (oyunun bərpasının ləngidilməsi); Murad Xaçayev, oyundan sonra (qeyri-idman hərəkəti)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Alin-Nikol Çitaya (“Neftçi”), oyundan sonra (qeyri-idman hərəkəti) // Samir Abasov, 39; oyundan sonra (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Samir Abasov, oyundan sonra
Qollar: Ataa Caber, 35 // Masaki Murata, 56; Roi Kehat, 69
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.

 

“Neftçi”: 30. Aqil Məmmədov 8. Emin Mahmudov (k) (9. Andre Şinyaşiki, 74), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov  (11. Kilan Lebon, 60), 4. Mark Tamaş, 6. Dieqo Valdez (14. Eddi İsrafilov, 60), 5. Kenni Sayef (17. Rəhman Hacıyev, 60), 23. Ataa Caber, 44. Yuri Matias, 77. Yeqor Boqomolski (16. Lukas Melano, 46).

 

Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Eldar Babayev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 25. Aaron Olanare, 99. Ervin Koffi.

 

Baş məşqçi: Adrian Mutu

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (18. Kristian Velinovski, 81), 12. Abu Dosso, 9. Erik Sorqa (30. Kamran Quliyev, 81), 71. Masaki Murata, 60. Tresor Mossi.

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 13-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Neftçi" ilə qarşılaşıb. Samir Abasovun yetirmələri rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"ni qəbul edəcək. Noyabrın 26-da "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyuna kimi olan vəziyyəti sizə danışım. Necə edək, nə edək deyə fikirləşirdik. Vəziyyət çox gərgin idi. Nəyə görə? Oktavio, İsa, Ninqa və Kamran oyunu buraxmışdı. Məcburi Səbuhini və Roi Kehatı vinger oynatdıq. Dünən gecə futbola baxıdığım yerdə birdən bir video göndərildi. "Neftçi" TV video düzəldib. Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim, amma mediaya qarşı öz qabiliyyətimi göstərdim. "Neftçi"nin media departamentinin rəhbərinə də bonus düşür. Sağolsunlar, "Sumqayıt"ın qələbəsində onların da rolu oldu".