×

"Sumqayıt" "Zirə" ilə heç-heçə edib

27 Noyabr 2023

Misli Premyer Liqası, 14-cü tur

"Sumqayıt" - "Zirə" 0:0

26 noyabr 2023. Saat 18:00. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqə: Rövlan Muradov, 64 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (18. Kristian Velinovski, 69), 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev (6. Vüqar Mustafayev, 81), 9. Erik Sorqa (30. Kamran Quliyev, 72), 71. Masaki Murata (58. Oktavio Manteka, 81), 60. Tresor Mossi.

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı.

Məşqçi: Mübariz Orucov

 

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev (8. İlkin Muradov, 89), 10. Rəhim Sadıxov (20. İsmayıl İbrahimli, 63), 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli 28. Abbas İbrahim (70. İssa Cibrila, 89), 6. Eldar Quliyev (9. Vladislav Kulaç, 63), 19. Salifu Suma.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias.

Baş məşqçi: Rəşad Sadıqov

 

Misli Premyer Liqasında 14-cü tura yekun vurulub. "Sumqayıt" FK bu tur doğma meydanda "Zirə"ni qəbul edib. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0). Qeyd edək ki, komandamız növbəti turda "Turan Tovuz"un qonağı olacaq. Dekabrın 2-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:30-da start veriləcək.

 

Mübariz Orucov ("Sumqayıt" FK-nın məşqçisi): "Çempionatın liderlərindən biri ilə oynasaq da, meydana qələbə üçün çıxmışdıq. İlk hissədəki imkanlardan yararlana bilsəydik, nəticə fərqli ola bilərdi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm".