×

"Sumqayıt" FK Azərbaycan Kubokunda 1/4 finala yüksəlib

18 Dekabr 2023

Azərbaycan Kuboku, 1/8 final mərhələsi

"Sumqayıt" - "Karvan" 3:1
18 dekabr 2023. Saat 17:00. “Kapital Bank Arena”. 130 tamaşaçı

Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Sənan Atayev
Dördüncü hakim: Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Vüqar Mustafayev, 30 (qeyri-idman hərəkəti); Murad Xaçayev, 42 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 45 (qeyri-idman hərəkəti)
Qollar: Kamran Aliev, 55; Erik Sorqa, 82; Rövlan Muradov, 88 // İzzət Müştaqov, 65
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 1 dəq.

 

“Sumqayıt”: 15. Orxan Sadıqlı, 6. Vüqar Mustafayev (k) (60. Tresor Mossi, 46), 14. Elvin Bədəlov (21. Nihad Əhmədzadə, 72), 7. Rövlan Muradov, 17. Murad Xaçayev (12. Abu Dosso, 46), 30. Kamran Quliyev (9. Erik Sorqa, 46), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 35. Sənan Muradlı (10. Kamran Aliev, 46), 11. Kasimir Ninqa, 58. Oktavio Manteka.

 

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 32. Murad Ağamalıyev, 41. Uğur Cahangirov, 2. Nemət Şıxəmirov, 16. Tural Axverdiyev, 19. Roi Kehat, 71. Masaki Murata.

Baş məşqçi: Samir Abasov

 

“Karvan”: 99. Şahin Zəkiyev, 88. Müşfiq Teymurov (k), 10. Akif Tağıyev, 9. Zaur Fərzəliyev (11. Elnur Mustafazadə, 54), 7. Ceyhun Muxtarlı, 3. İzzət Müştaqov, 18. Elvin İsmayılov, 22 Əli Abdullayev, 6. Anqenor Qnapi, 8. Peter Kinqs, 14. Uensley Ondo.

 

Ehtiyat oyunçular: 1. Amil Orucov, 12. Tornike Kvaratsxeliya, 2. Əzəmət Ələkbərli, 5. Əyyub Cabbarov, 20. Cavanşir Cavanşirov, 4. Milad Bayrampur

 

Baş məşqçi: Kənan Kərimov

 

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. "Sumqayıt" FK "Kapital Bank Arena"da "Karvan"ı qəbul edib. Samir Abasovun yetirmələri rəqibi üzərində 3:1 hesablı qələbə qazanaraq turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komandamız bu mərhələdə "Neftçi" - "Qaradağ Lökbatan" cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, 1/4 finalın oyunları 30-31 yanvar tarixində baş tutacaq.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Futbolçularımı və rəqibi təbrik edirəm. "Karvan"dan xoşum gəldi. Sevindirici haldır ki, oyunu zədəsiz başa vurduq. İkincisi, komandam panikaya düşmədi və istədiyimizi yerinə yetirdilər. Son oyunöncəsi əhvalımızın korlanmasına icazə vermədilər. Oyunu erkən bitirə bilərdik. Bəzi epizodlara ürəklə yanaşsaydılar, narahatlıq olmazdı. Rəqib sona qədər eyni oyunu oynadı. Aşağı liqa klublarının belə oyunu normaldır. Əsas olan qələbə qazanmaq idi".