×

Azərikimya İB

Azərikimya İB
“Sumqayıt” Futbol Klubunun Təsisçisi və Baş Sponsoru – “Azərikimya” İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən “Azərikimya” Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə verilmişdir. Dövlət Başçısının 2010-cu il aprelin 22-də imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Fərmanla ARDNŞ tərkibində “Azərikimya” İstehsalat Birliyinin təsis olunması haqda qərar qəbul edilmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin strukturunu “Etilen-Polietilen”, “Səthi Aktiv Maddələr”, “Üzvi Sintez” və “Mexaniki Təmir” zavodu, Nəqliyyat və xüsusi texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Təmir-tikinti İdarəsi və “Kimyalayihə” İnstitutu təşkil edir. “Azərikimiya” İstehsalat Birliyinin müəssisələrində 20-dən çox neft-kimya məhsulları, o cümlədən etilen, polietilen, texniki və saf izopropil spirti, ağır piroliz və epoksid qətranları, xlor, kaustik soda və başqa məhsullar istehsal olunur. Həmin məhsullar isə 30-dan artıq ölkəyə ixrac olunur. “Azərikimya” İstehsalat Birliyinin müəssələrində altı minə yaxın işçi çalışır. “Azərikimya” İstehsalat Birliyi 2010-cu ildən “Sumqayıt” Futbol Klubunun baş sponsorudur. Ünvan: Sumqayıt şəhəri, S.Vurğun 86, AZ5000 Faks: +994 18 6559817