Kapital Bank ASC
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildir, uğurla fəaliyyət göstərir. Bakıda ilk əmanət kassası 1874-cü ildə açılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə üç dövlət səhmdar-kommersiya bankının - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət Bankının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılmışdır. Bank əməliyyatlarının aparılması üçün verilmiş 244 saylı lisenziya Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 28 fevral 2000-ci il tarixində mərkəzi reyestrə daxil edilmişdir. 29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alınmışdır. Nizamnamədə aparılmış müvafiq dəyişikliklər 26 yanvar 2005-ci il tarixində Ədliyyə Nazirliyində qeydə alınmışdır.
“Kapital Bank” ASC-nin səhmlərinin 99.84%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 80 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.
Bank 1997-ci il 16 iyul tarixindən SWIFT cəmiyyətinin, 31 oktyabr 2001-ci il tarixindən MasterCard Europe, 2003-cü il 19 fevral tarixindən VİSA İnternational beynəlxalq ödəniş sistemlərinin həqiqi üzvüdür. Kapital Bank Bakı Fond Birjasının və Bakı Banklararası Valyuta Birjasının (BBVB) təsisçisi və səhmdarlarından biridir. Dünya Əmanət Bankının və Azərbaycan Banklar Assosiasiyasının üzvüdür.
«Kapital Bank» ASC-nin Müşahidə Şurasının 10.06.2013-cü il tarixli qərarına əsasən Rövşən Şamil oğlu Allahverdiyev Kapital Bank ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Kapital Bank irimiqyaslı bank olaraq, Azərbaycan Respublikası ərazisində fərdi və korporativ müştərilərin tələblərini ödəmək məqsədilə fəaliyyət göstərir. Bu, bank xidmətlərinin çeşidliyində, onların yüksək keyfiyyət dərəcəsində öz əksini tapır. Bank real sektora sərmayə yatırmaq, regionların sosial-iqtisadi inkişafına dəstək vermək vasitəsilə milli iqtisadiyyatın yüksəlməsinə yardımçı olmaq vəzifəsini özünə şərəf bilir. Kapital Bank korporativ idarəetmə, şəffaflıq, risklər üzərində nəzarət və informasiya açıqlığı prinsiplərinə söykənir.
nformasiya texnologiyalarının ən yeni nailiyyətlərindən istifadə edir.
Tam adı "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti
Hüquqi ünvan Azərbaycan Respublikası, Bakı ş., AZ1014, Füzuli küç., 71
Telefon (+994 12) 493 66 30, 598 12 95
Faks (+994 12) 493 79 05
Web-site www.kapitalbank.az