×

Gədəbəy Mineral Suları

Gədəbəy Mineral Suları
"Gədəbəy Mineral Suları" MMC-nin məhsullarından olan “Slavyanka” Azərbaycanın ilk qazsız qablaşdırılmış mineral süfrə suyu markasıdır və 2004-cü ildən etibarən Gədəbəy dağlarındakı saf bulaqlardan toplanan sulardan əldə olunur. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü ildən isə limonad fabriki fəaliyyətə başlamışdır. Hazırda dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Gədəbəy dağlarındakı 12 bulaqdan fabrikə su daxil olur. Bulaqlardan gələn sular Gədəbəyin Zəhmət kəndindəki fabrikdə toplanır, mineral tərkibi qorunmaqla çox detallı təmizləmə prosedurlarından keçir, istehsal olunur və Azərbaycanın bütün regionlarına çatdırılır. Ünvan: Bakı şəhəri, N. Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/61 Telefon: +994 12 567 79 66 Faks: +994 12 567 88 56 Mobil: +994 55 515 21 21 +994 55 414 21 21 *2121 E-mail: info@gedebeywater.com www.gedebeywater.com