18/07/2020

Kapitan “Sumqayıt” FK ilə müqaviləni yeniləyib


2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu Mehdi Cənnətov və Elvin Bədəlovun ardınca kapitan Vurğun Hüseynovla da müqaviləni yeniləyib. Belə ki, Vurğun növbəti mövsümdə də komandamızın uğurları üçün çalışacaq.
Qeyd edək ki, 2013/14 mövsümündən etibarən “Sumqayıt” FK-da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən kapitan 1 dəfə qol vurmağa da nail olub.