20/07/2020

“Sumqayıt” FK Rəhim Sadıxov ilə müqaviləni yeniləyib


Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovun ardından "Sumqayıt" Futbol Klubu Rəhim Sadıxov ilə də müqaviləni yeniləyib. 24 yaşlı futbolçumuzun 2020/2021 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə uzadılıb.
Qeyd edək ki, Rəhim Sadıxov 2019/2020 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 15 qarşılaşmada meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçimiz Premyer Liqa və Azərbaycan Kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.