21/07/2020

U-21 millimizin oyunu “Kapital Bank Arena”da keçiriləcək


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununun başlanma saatı və stadionu müəyyənləşib. 7 sentyabrın saat 21:00-da başlayacaq qarşılaşma “Kapital Bank Arena”da keçiriləcək.
Qeyd edək ki, U-21 millimizin İsveçrə və Lixtenşteynlə oyunları da "Kapital Bank Arena"da keçirilib.