26/08/2020

3 futbolçumuz A Millidə!


UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə rəqib meydanında Kipr milli komandası ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Sumqayıt” FK-nın üç futbolçusu – Mehdi Cənnətov, Elvin Bədəlov və Rəhim Sadıxov yuxarıda qeyd olunmuş oyunlar üçün millinin heyətinə dəvət alıb.