08/09/2020

“Sumqayıt” FK Hüseyn Cəfərovla müqavilə imzalayıb


2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçunun keçidini reallaşdırıb. Belə ki, komandamız son mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş Hüseyn Cəfərovu heyətinə qatıb. 3 illik müqaviləyə imza atan 19 yaşlı gənc yarımmüdafiəçi komandamızda “15” nömrəli formada çıxış edəcək.