10/01/2021

"Sumqayıt" FK yoxlama oyununda "Zirə" üzərində qələbə qazanıb


Azərbaycan Premyer Liqasının ikinci yarısı üçün qış təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" FK bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb. Ayxan Abbasovun yetirmələri "Dalğa Arena"da "Zirə" ilə qarşılaşıb. Komandamız 3:2 hesablı qələbə qazanıb. Cavid İmamverdiyevin dubl etdiyi qarşılaşmada digər qolumuzu isə kapitan Vurğun Hüseynov rəqib qapısından keçirib.
Qeyd edək ki, "Sumqayıt" FK təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu "Qəbələ"yə qarşı keçirəcək. 14 yanvar, saat 15:00-da "Kapital Bank Arena"da baş tutacaq matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Yoxlama oyunu
"Sumqayıt" - "Zirə" 3:2
Qollar:
Cavid İmamverdiyev, 7; 37; Vurğun Hüseynov, 50 - Davit Volkov, 34; Musa Qurbanlı 90+3.