01/02/2021

Telman Salahov - 84!


Bu gün Sumqayıt futbolunun önəmli simalarından olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılmış, "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü, veteran futbolçu, əməkdar məşqçi, SSRİ idman ustası Telman Salahovun 84 yaşı tamam olur.
"Sumqayıt" FK olaraq, yubilyarı təbrik edir, ona möhkəm can sağlığı, Sumqayıt futbolunun inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayırıq!

Qeyd edək ki, Gəncənin “Dinamo”, Sumqayıtın “Polad” və “Mettalurq” kimi klublarında çıxış edən Telman Salahov Sumqayıtda “Xəzər” və “Polad” klublarını çalışdırıb.