06/02/2021

"Sumqayıt" FK cavab oyununda "Səbail"i məğlub edərək yarımfinala yüksəlib


Azərbaycan Kuboku, 1/4 final (cavab oyunu)
"Səbail" - "Sumqayıt" 0:2 (ilk oyun 1:0)
6 fevral 2021. Saat 18:00. “ASCO Arena”, tamaşaçısız
Baş hakim:
Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Vüqar Bayramov
Dördüncü hakim: Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sarı vərəqələr: Peyman Keşavarzi, 56 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 90+5 (hakimin qərarına etiraz) // Əli Qurbani, 36 (hakimin qərarına etiraz); Camaləddin Xocaniyazov, 57 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 85 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 90+1 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Vüqar Məmməd, 76 (köməkçi hakimi vurduğuna görə)
Qollar: Əfran İsmayılov, 90+6 (p.) // Rəhim Sadıxov, 20 (p.); Əli Qurbani, 23
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

“Səbail”
1. Kamran Ağayev
14. Rahid Əmirquliyev (k)
34. Urfan Abbasov
55. Adil Nağıyev
11. Rauf Əliyev
22. Əfran İsmayılov
27. Hendrik Ekşteyn
16. Peyman Keşavarzi
9. Florian Kadriu
(20. Ruslan Hacıyev, 46)
3. Turan Manafov
(29. Amil Yunanov, 86)
77. Ədilxan Qarəhmədov
(23. Milovan Petrovik, 67)

Ehtiyat oyunçular:
96. Nikolas Hagen
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
7. Mirsahib Abbasov
28. Məqsəd İsayev
19. Luka İmnadze
4. Ali Sisey

Baş məşqçi: Aftandil Hacıyev

“Sumqayıt”
1. Mehdi Cənnətov
97. Xəyal Nəcəfov
(8. Səbuhi Abdullazadə, 74)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev (k)
10. Rəhim Sadıxov
(60. Elvin Məmmədov, 84)
78. Dmitro Nağıyev
21. Cabir Əmirli
5. Camaləddin Xocaniyazov
9. Əli Qurbani
(11. Mehdi Şərifi, 86)
4. Höccət Haqverdi
17. Murad Xaçayev

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
33. Eltun Turabov
22. Cavid İmamverdiyev
20. Rüfət Abdullazadə
37. Nicat Əliyev

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. "Sumqayıt" FK "ASCO Arena"da "Səbail"in qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız 2:1 hesablı qələbə qazanıb. Ümumi hesabın 2:2 olduğu cütün mərhələni adlayan tərəfi səfər qolu üstünlüyünə görə Ayxan Abbasovun yetirmələri olub.
Qeyd edək ki, "Sumqayıt" FK Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ"la qarşılaşacaq. Cütün oyunları 21 və 29 aprel tarixlərində keçiriləcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Kubok oyunları fərqli ab-havada keçir. İlk oyundakı məğlubiyyət işimizi çətinləşdirirdi. “Səbail”in gücünə bələdik. Komanda ilk 25 dəqiqədə bütün tapşırıqları yerinə yetirdi. Bütün futbolçularıma təşəkkür edirəm. Son iki mövsümdə də yarımfinala vəsiqə qazanmışıq. Bu ənənəni davam etdirmək istəyirdik, istəyimizə də nail olduq”.