13/02/2021

"Sumqayıt" FK üçüncü dövrəyə qələbə ilə başladı


"Sumqayıt" - "Səbail" 3:0
13 fevral 2021. Saat 16:00. “Kapital Bank Arena”, tamaşaçısız
Baş hakim:
Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Cəmil Quliyev
Dördüncü hakim: Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Eltun Turabov, 47 (oyunun bərpasının ləngidilməsi) // Luka İmnadze, 21 (oyunun bərpasının ləngidilməsi); Peyman Keşavarzi, 25, 55 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 35 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 55 (hakimin qərarına etiraz); Milovan Petrovik, 59 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 68 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Peyman Keşavarzi, 55; Kamran Ağayev, 90+5 (ciddi qayda pozuntusu)
Qollar: Murad Xaçayev, 26; Tellur Mütəllimov, 33; Əli Qurbani, 83 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
97. Xəyal Nəcəfov
(65. Sənan Ağayev, 90+2)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev (k)
10. Rəhim Sadıxov
(60. Elvin Məmmədov, 77)
7. Tellur Mütəllimov
(18. Süleyman Əhmədov, 80)
33. Eltun Turabov
78. Dmitro Nağıyev
9. Əli Qurbani
4. Höccət Haqverdi
17. Murad Xaçayev

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
22. Cavid İmamverdiyev
11. Mehdi Şərifi
30. Nəbi Məmmədov
20. Rüfət Abdullazadə
8. Səbuhi Abdullazadə
37. Nicat Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Səbail”
1. Kamran Ağayev
14. Rahid Əmirquliyev (k)
34. Urfan Abbasov
55. Adil Nağıyev
11. Rauf Əliyev
22. Əfran İsmayılov
(28. Məqsəd İsayev, 58)
27. Hendrik Ekşteyn
16. Peyman Keşavarzi
19. Luka İmnadze
(29. Amil Yunanov, 73)
23. Milovan Petrovik
(77. Ədilxan Qarəhmədov, 73)
3. Turan Manafov

Ehtiyat oyunçular:
96. Nikolas Hagen
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
7. Mirsahib Abbasov
9. Florian Kadriu
4. Ali Sisey
44. Şamil Cəfərov

Baş məşqçi: Aftandil Hacıyev

Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib. "Sumqayıt" FK "Kapital Bank Arena"da "Səbail"i qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada Ayxan Abbasovun yetirmələri 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Sumqayıt" FK 16-cı turda "Qarabağ"ı qəbul edəcək. 19 fevral tarixində keçiriləcək matçın start fiti saat 18:00-da veriləcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “İlk öncə, Premyer Liqanın üçüncü dövrəsinə qələbə ilə başlamaq istəyirdik. Rəqibimiz bundan əvvəl Azərbaycan Kubokunda da qarşılaşdığımız, çempionatın baxımlı oyun sərgiləyən komandalarından biri olan “Səbail” idi. Havanın küləkli olmasına baxmayaraq, olduqca maraqlı oyun alındı. İlk hissədə küləyin üstünlüyü bizim tərəfimizdə olduğundan fasiləyə iki top üstünlüyü ilə yollandıq. Bunun məntiqi nəticəsi kimi daha ağıllı, daha tədbirli oynamağa başladıq. Futbolçularım verilən tapşırıqları oyun ərzində uğurla icra etdilər. Qələbə münasibəti ilə komandamı və azarkeşlərimizi təbrik edirəm. “Səbail” klubuna və özümüzə gələcək oyunlarda uğurlar arzulayıram”.