25/02/2021

"Sumqayıt" FK səfərdə "Qəbələ" ilə qarşılaşıb


"Qəbələ" - "Sumqayıt" 1:0
25 fevral 2021. Saat 15:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim:
Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Nahid Əliyev
Dördüncü hakim: Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sarı vərəqələr: Stefan Vukçeviç, 29 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 60 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 65 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 89 (oyunun bərpasının ləngidilməsi); Cavid Hüseynov, 90 (hakimin qərarına etiraz); Rafael Utriq, 90+2 (qeyri-idman hərəkəti) // Xəyal Nəcəfov, 9 (qeyri-idman hərəkəti); Camaləddin Xocaniyazov, 60 (qeyri-idman hərəkəti); Rüfət Abdullazadə, 79 (qeyri-idman hərəkəti)
Qol: Ceyms Adeniyi, 51
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 85)
28. Murad Musayev
9. Ehtiram Şahverdiyev
99. Ceyms Adeniyi
(70. Ülvi İsgəndərov, 87)
77. Merab Qiqauri
32. Nikolas Raysel
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
23. Rafael Utriq
71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
74. Yusif Nəbiyev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
2. Vinko Medimoreç
10. Rövlan Muradov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı

Məşqçi: Xaqani Məmmədov

“Sumqayıt”
1. Mehdi Cənnətov
97. Xəyal Nəcəfov
(22. Cavid İmamverdiyev, 82)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev (k)
78. Dmitro Nağıyev
11. Mehdi Şərifi
(60. Elvin Məmmədov, 75)
5. Camaləddin Xocaniyazov
9. Əli Qurbani
4. Höccət Haqverdi
17. Murad Xaçayev
18. Süleyman Əhmədov
(20. Rüfət Abdullazadə, 59)

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
33. Eltun Turabov
30. Nəbi Məmmədov
8. Səbuhi Abdullazadə
65. Sənan Ağayev
37. Nicat Əliyev

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Qəbələ" ilə qarşılaşıb. Komandamız 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Sumqayıt" FK 18-ci turda "Zirə"ni qəbul edəcək. 3 mart tarixində "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 16:00-da veriləcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "“Qəbələ” ilə səfərdə keçirdiyimiz qarşılaşmalar hər zaman çətin olur. Matça hər zaman olduğu kimi qələbə qazanmaq üçün çıxmışdıq. Lakin düşünürəm ki, rəqib bizdən daha istəkli idi. Oyunumuz yaxşı alınmadı. Səhvlərimiz üzərində çalışacağıq. Çempionatda rəqabət də artmaqdadır. Artıq qazanacağımız hər xal daha vacib olacaq. “Qəbələ”ni qələbə münasibəti ilə təbrik edirəm".