21/04/2021

"Sumqayıt" FK yarımfinalın ilk oyununda "Qarabağ"la heç-heçə edib


Azərbaycan Kuboku, 1/2 final (ilk oyun)
"Sumqayıt" - "Qarabağ" 0:0
21 aprel 2021. Saat 20:30. “Kapital Bank Arena”, tamaşaçısız
Baş hakim:
Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Zeynal Zeynalov
Dördüncü hakim: Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqə: İsmayıl İbrahimli, 45 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 2 dəq.

“Sumqayıt”
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
14. Elvin Bədəlov
60. Elvin Məmmədov
(6. Vüqar Mustafayev, 76)
33. Eltun Turabov
78. Dmitro Nağıyev
21. Cabir Əmirli
11. Mehdi Şərifi
(9. Əli Qurbani, 62)
4. Höccət Haqverdi
17. Murad Xaçayev
20. Rüfət Abdullazadə
(10. Rəhim Sadıxov, 46)

Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
71. Hüseynəli Quliyev
97. Xəyal Nəcəfov
7. Tellur Mütəllimov
22. Cavid İmamverdiyev
30. Nəbi Məmmədov
18. Süleyman Əhmədov
8. Səbuhi Abdullazadə
85. Rüstəm Hümbətov

Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”
12. Emil Balayev
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
55. Bədavi Hüseynov
(10. Abdullah Zubir, 46)
(4. Rahil Məmmədov, 72)
30. Abbas Hüseynov
7. Kvabena Ovusu
8. Uroş Matiç
81. Kevin Medina
18. İsmayıl İbrahimli
44. Elvin Cəfərquliyev
27. Toral Bayramov

Ehtiyat oyunçular:
94. Ayhan Arazlı
66. Cavid Bayramov
21. Rauf Hüseynli
29. Zamiq Əliyev
83. Nihad Quliyev

Baş məşqçi: Qurban Qurbanov

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. "Sumqayıt" FK bu gün "Kapital Bank Arena"da "Qarabağ"ı qəbul edib. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0).
Qeyd edək ki, cütün taleyinə aprelin 29-da "Azersun Arena"da keçiriləcək qarşılaşmada aydınlıq gələcək.
Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Kubok oyunu başqa ab-havada keçir. Bu gün bəzi dəyişikliklər etmişdik. Dəfələrlə demişəm ki, bütün futbolçularıma güvənirəm. Uşaqlara təşəkkür edirəm. Qarşıda “Zirə”ylə çətin oyun, ardınca cavab Kubok matçı var. Çox çətin qrafikdi, amma hər iki cəbhədə mübarizə aparacağıq".