22/04/2021

"Sumqayıt" FK 350-ci oyununu keçirib


"Sumqayıt" FK tarixinin 350-ci matçını keçirib. Bu qarşılaşma Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununa təsadüf edib.
Qeyd edək ki, 11 il ərzində Premyer Liqa, I Divizion, Azərbaycan kuboku və UEFA Avropa Liqasında çıxış edən "Sumqayıt" FK keçirdiyi 350 oyunda 101 qələbə, 91 heç-heçə və 158 məğlubiyyət əldə edib. Rəqib qapılarına 360 qol vuran komandamız bu qarşılaşmalarda 468 top buraxıb. (pfl.az)