09/06/2021

Baş məşqçimiz Ayxan Abbasovla müqavilə yenilənib


2018-ci il noyabrın 14-də “Sumqayıt” FK-nın baş məşqçisi təyin olunan Ayxan Abbasovla yeni müqavilə imzalanıb. Belə ki, 39 yaşlı çalışdırıcı növbəti mövsümdə də komandamızın sükanı arxasında olacaq.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirən “Sumqayıt” FK həmin qarşılaşmalarda 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyət əldə edib. Komandamızın qazandığı tarixi uğurlarda Ayxan Abbasovun da böyük payı var. Belə ki, “Sumqayıt” FK Abbasovun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.