10/06/2021

“Sumqayıt” FK kapitanla müqaviləsini yeniləyib


2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK ilk olaraq kapitanla müqaviləni yeniləyib. Belə ki, Vurğun Hüseynov növbəti mövsümdə də komandamızda çıxış edəcək.
Qeyd edək ki, Vurğun Hüseynov “Sumqayıt” FK-nın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda komandamızda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və “A” millilərində də çıxış edib.