15/06/2021

"Sumqayıt" FK Eltun Turabovla müqavilə imzalayıb


2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçu ilə anlaşıb. Belə ki, ötən mövsüm icarə əsasında komandamızda çıxış etmiş Eltun Turabovla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Eltun Turabov ötən mövsüm 14 oyunda "Sumqayıt" FK-nın formasını geyinib. Turabov Azərbaycanın U-21 millisinin də uğurları üçün çalışıb.