16/06/2021

Höccət Haqverdi "Sumqayıt" FK ilə 2 illik müqavilə imzalayıb


2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçusu ilə müqavilə müddətini artırıb. Belə ki, mərkəz müdafiəçisi Höccət Haqverdi daha 2 mövsüm komandamızın şərəfini qoruyacaq.
Qeyd edək ki, Höccət Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycan millisinin son təlim-məşq toplanışı çərçivəsində Belarus və Moldova ilə keçirdiyi oyunlarda da çıxış edib.