10/07/2021

“Sumqayıt” FK növbəti yoxlama oyununda “Sivasspor”la qarşılaşıb


2021/22 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” FK bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Belə ki, Ayxan Abbasovun yetirmələri ötən mövsüm Türkiyə Superliqasını 5-ci sırada bitirərək UEFA Konfrans Liqasında iştirak hüququ qazanan “Sivasspor”la qarşılaşıb. Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada “Sivasspor”un qollarına Mustafa Yatabare (50-ci dəqiqə) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.