04/08/2021

"Keşlə" - "Sumqayıt" qarşılaşması saat 20:30-da start götürəcək


Azərbaycan Premyer Liqasında 1-ci turun oyun cədvəli açıqlanıb. Belə ki, ilk turda keçiriləcək “Keşlə” – "Sumqayıt" oyunu avqustun 14-də "ASK Arena"da baş tutacaq və 20:30-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, 1-ci tur
14 avqust (şənbə)

"Keşlə" - "Sumqayıt"
ASK Arena, 20:30 (CBC Sport, canlı)