14/08/2021

"Sumqayıt" FK Premyer Liqanın ilk turunda "Keşlə" üzərində qələbə qazanıb


Azərbaycan Premyer Liqası, I tur
"Keşlə" - "Sumqayıt" 0:2
14 avqust 2021. Saat 20:30. “ASK Arena”, 300 tamaşaçı
Baş hakim:
Kamal Umudlu
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kamran Bayramov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Tərlan Quliyev, 53 (qeyri-idman hərəkəti), Merab Qiqauri, 70 (qeyri-idman hərəkəti) // Vüqar Mustafayev, 16 (qeyri-idman hərəkəti); Höccət Haqverdi, 48 (qeyri-idman hərəkəti); Rəhim Sadıxov, 83 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov (texniki zona qaydalarını pozduğuna görə)
Qollar: Rəhim Sadıxov, 83, 89
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 3 dəq.

“Keşlə”
1. Stanislav Namaşko
3. Tərlan Quliyev (k)
(29. Amil Yunanov, 88)
19. Azər Salahlı
7. Rəhman Hacıyev
4. Şəhriyar Əliyev
21. Miyusko Boyoviç
9. Anatole Abanq
77. Merab Qiqauri
72. Aldair Neto
(17. Omar Qudiabi, 46)
10. Felipe Santos
22. Elçin Mustafayev

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
2. İlkin Qırtımov
20. Rail Məlikov
5. Kərim Diniyev
99. Rafael Məhərrəmli
14. Turan Vəlizadə
50. Samir Abdullayev

Baş məşqçi: Sənan Qurbanov

“Sumqayıt”
13. Aydın Bayramov
(1. Tərlan Əhmədli, 5)
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
60. Elvin Məmmədov (k)
(17. Murad Xaçayev, 60)
7. Tellur Mütəllimov
(2. Dmitro Nağıyev, 86)
9. Əli Qurbani
4. Höccət Haqverdi
33. Eltun Turabov
74. Yusif Nəbiyev
5. Camaləddin Xocaniyazov
8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular:
71. Hüseynəli Quliyev
3. Vurğun Hüseynov
18. Süleyman Əhmədov
20. Roman Hüseynov
19. Xəzər Mahmudov
11. Rüfət Abdullazadə
27. Nihad Ağayev
21. Sənan Ağayev

Baş məşqçi: Ayxan Abbasov

Bu gün 2021/22 mövsümü üzrə Azərbaycan Premyer Liqasına start verilib. "Sumqayıt" FK çempionatın ilk turunda səfərdə "Keşlə" ilə qarşılaşıb. Ayxan Abbasovun yetirmələri matçın sonlarında Rəhim Sadıxovun dublu ilə matçda 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın 2-ci turunda doğma meydanda azarkeşləri qarşısında "Sabah"ı qəbul edəcək. Avqustun 21-i, "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Yeni mövsümün startı münasibətilə hər kəsi təbrik edirəm. Azarkeşlərin oyunlarda iştirakına icazə verildiyi üçün müvafiq qurumlara minnətdarlığımı bildirirəm. Futbolun bəzəyi azarkeşlərdir. Oyuna gəldikdə isə, qələbə münasibətilə həm azarkeşlərimizi, həm də komandamı təbrik edirəm. Çempionatın yeni mövsümünə səfər qələbəsi ilə başlamaq çox önəmli idi. Hər iki komandanın fərqlənmək üçün kifayət qədər epizodları oldu. Çempionatın əvvəlidir, gərginlik də var idi. İki tur belə ağır keçəcək. Futbolçulara da demişəm, artırmalıyıq, fərqli olmalıyıq. Yolumuza inamla davam etməyi qarşımıza məqsəd qoymuşuq".