20/08/2021

“Sumqayıt” FK ilə “Pizza Inn” arasında əməkdaşlıq müqaviləsi imzalanıb


“Sumqayıt” Futbol Klubu ilə “Pizza Inn” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Qeyd edək ki, imzalanmış müqavilə bir il müddətində qüvvədə olacaq.
Razılaşmaya əsasən, bu müddət ərzində “Pizza Inn” komandamızı qida məhsulları ilə təmin edəcək. Bunun qarşılığında isə ev oyunlarımızın keçirildiyi “Kapital Bank Arena”da şirkətin tanınma nişanının olduğu bannerlər yer alacaq və klubun rəsmi sosial şəbəkə paylaşımlarındakı sponsorların arasında “Pizza Inn”-in tanınma nişanı öz yerini tapacaq. Bundan başqa, “Pizza Inn” ilə birlikdə azarkeşlərimiz üçün müxtəlif kampaniyalar keçiriləcək.