10/09/2021

Aydın Xəlilov "Sumqayıt" FK-nın vitse-prezidenti təyin olunub


"Sumqayıt" FK-nın yeni vitse-prezidenti təyin olunub. Belə ki, 48 yaşlı Aydın Xəlilov adıçəkilən vəzifəni icra edəcək.

Qeyd edək ki, Aydın Xəlilov 10 avqust 1973-cü ildə anadan olub. Sumqayıt Dövlət Universitetinin məzunu olan Xəlilov həm də “Azərikimya” İB-nin Həmkarlar İttifaqının sədridir. Ailəlidir, 2 övladı var.