17/09/2021

“Sumqayıt” FK Səid Rza ilə müqavilə imzalayıb


2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK son olaraq “Aluminium” klubunda çıxış etmiş cənubi azərbaycanlı hücumçu Səid Rza ilə 1 illik müqavilə imzalayıb. Yeni transferimiz komandamızda “23” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son mövsüm keçirdiyi 21 oyunda meydanda olub və 3 qola imza atıb.