06/10/2021

"Sumqayıt" FK "Keşlə" ilə yoxlama oyunu keçirəcək


Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız "Keşlə" ilə qarşılaşacaq. Oktyabrın 9-da "ASK Arena"da keçiriləcək matça saat 16:00-da start veriləcək.