27/10/2021

"Sumqayıt-2" bu mövsüm ilk qələbəsini qazanıb


I Divizionda 6-cı turun oyunları keçirilib. "Sumqayıt" FK-nın əvəzediciləri bu tur "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Keşlə-2"-ni qəbul edib. Komandamız minimal hesablı qələbə qazanıb (1:0). "Sumqayıt-2"-nin yeganə qolunu 87-ci dəqiqədə Nəbi Məmmədov rəqib qapısından keçirib.
Qeyd edək ki, komandamız növbəti turda "Turan Tovuz"un qonağı olacaq. Noyabrın 3-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 14:30-da start veriləcək.

I Divizion, VI tur
"Sumqayıt-2" - "Keşlə-2" 1:0
Qol:
Nəbi Məmmədov, 87.