21/12/2021

"Kontakt Home" mağazasında "Sumqayıt" FK guşəsinin təqdimetməsi olub


Xəbər verdiyimiz kimi, bu gün "Kontakt Home" mağazalar şəbəkəsində "Sumqayıt" FK guşəsinin təqdimetməsi olub. 10-cu mikrorayonda yerləşən filialda baş tutan təqdimetmədə komandamızın futbolçuları - Aydın Bayramov, Tərlan Əhmədli, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə və Süleyman Əhmədov iştirak edib.
Qeyd edək ki, bu gündən etibarən klubumuzun idman geyimləri və atributlarını "Kontakt Home" mağazalar şəbəkəsinin "Sumqayıt-3" filialından əldə edə bilərsiniz.
Ünvan: Sumqayıt şəhəri, 10-cu mikrorayon (Hiper marketin yanı).