02/01/2022

“Sumqayıt” FK-nın qış hazırlıq planı məlum olub


"Sumqayıt” FK 3-cü dövrənin hazırlıqlarına yanvarın 5-də Sumqayıt şəhərində start verəcək. Komandamız hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən “Aska Resort” otelində məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərin kimliyi barədə klubumuzun rəsmi media hesablarında məlumat veriləcək.