12/01/2022

"Sumqayıt" FK Antalyada ilk məşqini keçirib


Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirən "Sumqayıt" FK bu gün qardaş ölkədə ilk məşqini keçirib. Komandamızın axşam çalışmasında əsasən müxtəlif toplu çalışmalara üstünlük verilib.
Qeyd edək ki, komandamızın sabah səhər və axşam olmaqla iki məşqi nəzərdə tutulub.