05/05/2022

"Sumqayıt" FK Premyer Liqanın 26-cı turunda "Şamaxı" ilə qarşılaşacaq


Azərbaycan Premyer Liqasında 26-cı turun oyun cədvəli açıqlanıb. "Sumqayıt" FK bu turda "Şamaxı" komandasını qəbul edəcək. 9 may tarixində "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 17:30-da start veriləcək. Matç "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.