20/05/2022

"Sumqayıt" FK Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalayıb


2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Belə ki, vitse-kapitan Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, 2019-cu ildən komandamızın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və "A" millilərinin uğurları üçün çalışıb.