21/05/2022

"Sumqayıt" FK böyükhesablı qələbə qazanaraq mövsümü 6-cı pillədə bitirib


Azərbaycan Premyer Liqası, 28-ci tur
"Sumqayıt" - "Səbail" 5:0
21 may 2022. Saat 19:00. “Kapital Bank Arena”, 1000 tamaşaçı
Baş hakim:
Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Vüqar Mustafayev, 27 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 48 (qeyri-idman hərəkəti) // Elmir Tağıyev, 76 (qeyri-idman hərəkəti); Adil Nağıyev, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Anatoli Nuriyev, 6; Əli Qurbani, 35, 43; Elvin Bədəlov, 51; Vüqar Bəybalayev, 88
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”
23. Andrey Popoviç
3. Vurğun Hüseynov (k)
18. Süleyman Əhmədov
17. Murad Xaçayev
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
(11. Rüfət Abdullazadə, 71)
10. Rəhim Sadıxov
(15. Vüqar Bəybalayev, 76)
9. Əli Qurbani
(78. Araz Abdullayev, 46)
74. Yusif Nəbiyev
91. Anatoli Nuriyev
8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
1. Tərlan Əhmədli
60. Elvin Məmmədov
2. Dmitro Nağıyev
4. Höccət Haqverdi
33. Eltun Turabov
24. Elşən Abdullayev
5. Camaləddin Xocaniyazov
20. Ayxan Süleymanlı

Baş məşqçi: Aleksey Baqa

“Səbail”
12. Hüseynəli Quliyev
17. Elçin Rəhimli
5. Adil Nağıyev (k)
7. Mirsayib Abbasov
6. Cabir Əmirli
10. Cavid Tağıyev
(19. Ruslan Hacıyev, 63)
30. Camal Araqo
(14. Rahid Əmirquliyev, 80)
32. Nikolas Raysel
88. Elmir Tağıyev
77. Ədilxan Qarəhmədov
66. İbrahim Aslanlı
(21. Məhəmməd Mirzəbəyov, 39)

Ehtiyat oyunçular:
1. Rəşad Əzizli
25. Elxan Əhmədov
44. Şamil Cəfərov
38. Zeynəddin Abdurahmanov
27. Rasim Hasanov
15. Ayxan Bədizadə

Baş məşqçi: Aftandil Hacıyev

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilib. "Sumqayıt" FK mövsümün sonuncu turunda "Kapital Bank Arena"da "Səbail"i qəbul edib. Aleksey Baqanın yetirmələri rəqibini 5:0 hesabı ilə məğlub edib. Əli Qurbaninin dubl etdiyi qarşılaşmada digər qollarımızı Anatoli Nuriyev, Elvin Bədəlov və Vüqar Bəybalayev vurub.

Beləliklə, "Sumqayıt" FK mövsümü 5 qələbə, 7 heç-heçə və 16 məğlubiyyətlə 22 xal toplayaraq, 6-cı pillədə başa vurub. Komandamız 28 oyunda 22 dəfə rəqib qapılarına yol tapıb.