20/07/2022

“Sumqayıt” FK ilk yoxlama oyununda “Bandırmaspor”la heç-heçə edib


2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” FK bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb. Aleksey Baqanın yetirmələri qardaş ölkənin 1-ci liqa təmsilçisi “Bandırmaspor”la üz-üzə gəlib. Bolu bölgəsində VON Resort Hotelinin meydançasında baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda “Sumqayıt” FK-nın qollarını 58-ci dəqiqədə komandamızda yoxlanışda olan toqolu futbolçu Ouro-Nile Ture və 90-cı dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.