25/07/2022

“Sumqayıt” FK “Samsunspor”la yoxlama oyunu keçirib


2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” FK bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Aleksey Baqanın yetirmələri 1-ci liqa təmsilçisi “Samsunspor”la üz-üzə gəlib. "The Sign Esentepe" hotelinin meydançasında baş tutan qarşılaşmada komandamız 0:2 hesabı ilə məğlub olub.