27/07/2022

"Sumqayıt" FK Alya Tureni heyətinə qatıb


2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunu heyətinə qatıb. Komandamız Türkiyə Super Liqası təmsilçisi "İstanbul Başakşehir" klubunun qvineyalı futbolçusu Alya Tureni 1 illik icarəyə götürüb. 20 yaşlı cinah yarımmüdafiəçisi "Sumqayıt" FK-nın heyətində "37" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Alya Ture karyerası boyunca Qvineyanın "Sekvens", Türkiyənin "İstanbul Başakşehir", "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında çıxış edib. Ture həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.