28/07/2022

“Sumqayıt” FK “İstiqlal”la yoxlama oyunu keçirib


2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” FK bu gün qardaş ölkədə sonuncu yoxlama oyununu keçirib. Aleksey Baqanın yetirmələri son İran çempionu “İstiqlal”la üz-üzə gəlib. Komandamız qarşılaşmanı minimal hesablı məğlubiyyətlə bitirib (0:1).

Qeyd edək ki, sabah keçiriləcək bərpa məşqi ilə “Sumqayıt” FK 2022/23 mövsümü üçün hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komandamız 30 iyul tarixində Vətənə qayıdacaq.