29/07/2022

"Sumqayıt" FK Filipe Çabi ilə müqavilə imzalayıb


2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Portuqaliyanın "Sportinq" (Lissabon) komandasının yetirməsi, son mövsümü "Nasional"da keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Filipe Çabi karyerası boyunca yetirməsi olduğu "Sportinq"lə yanaşı "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.