06/08/2022

Faiq Hacı-Məhərrəmov "Sumqayıt" FK-nın idman direktoru təyin olunub


"Sumqayıt" Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib. Adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.

Qeyd edək ki, Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən "Sumqayıt" FK-da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.