14/06/2021

“Sumqayıt” FK Aydın Bayramovla müqaviləni yeniləyib


2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Belə ki, qapıçımız Aydın Bayramovla 1+1 sistemi ilə anlaşma imzalanıb.
Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt” FK-da çıxış edən Aydın Bayramov ümumilikdə 16 oyun keçirib. Bayramov həmçinin Azərbaycanın U-21 və “A” millilərinin də şərəfini qoruyub.