07/01/2022

"Sumqayıt" FK Vüqar Bəybalayevi heyətinə qatıb


"Sumqayıt" FK dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb. Belə ki, komandamız son olaraq Gürcüstanın "Telavi" klubunda çıxış etmiş Vüqar Bəybalayev ilə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi komandamızda "15" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2017/18 mövsümündə də "Sumqayıt" FK-da çıxış etmiş Vüqar Bəybalayev qeyd olunan mövsümdə ümumilikdə 24 oyunda iştirak edib. Vüqar son klubu "Telavi" ilə yanaşı, "Bakı", "Xəzər Lənkəran", "Rəvan" və "Səbail" klublarının uğurları üçün çalışıb.